Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə "Nyu York Red Bullz" ilə qarşılaşıb.
5 qolun vurulduğu matç rəqibin qələbəsiylə başa çatıb – 3:2. "Kolumbus Kryu"da Arfsten və Rossi fərqlənib.
Nəriman oyuna ehtiyatda başlayıb. O, 85-ci dəqiqədə meydana daxil olub.
"Kolumbus Kryu" 13 turdan sonra 12 xalla 13-cü sıradadır.