"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Sport24.az xəbər verir ki, klub 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb.

 

Polşalı oyunçu ilə 3 illik müqavilə imzalanıb.


Puxaç ötən ilin sentyabr ayından "bayquşlar"ın uğurları üçün çalışır. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.