Bolqarıstanda keçirilən güləş üzrə U-17 Avropa çempionatında qadın güləşçimiz Xədicə Qurbanzadə turniri uğurla başa vurub. Sport24.az xəbər verir ki, 49 kq çəki dərəcəsində idmançımız Ukraynanı təmsil edən Olena Koluba ilə qarşılaşıb.
Təmsilçimiz qarşılaşmada 0:10 hesabı ilə məğlub olub və çempionatı ikinci yerdə başa vurub.
O, yarışın gümüş medalına sahib çıxıb.