Azərbaycan I Liqasında XXVI tura start verilib. Sport24.az verir ki, ilk gündə bir matç keçirilib.

 

Turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Difai" Şamaxıda "Şimal"a qalib gələrək, bir pillə irəliləyib. Görüş minimal hesabla başa çatıb. Yeganə qolu Ondo vurub.


"Difai" sona bir tur qalmış 18 xalla 9-cu sıradadır. "Şimal" isə 17 xalla 10-cudur.