PSJ-nin qış transfer dövrü ilə bağlı planları barədə məlumat yayılıb. Sport24.az xəbər verir ki, klub rəhbərliyi hazırkı heyət seçimindən tam razıdır.

 

Buna görə də yanvar ayında transferlərin həyata keçirilməsi az ehtimal olunur.

 

Hazırda transfer bazarında sakitlik hökm sürməsinə baxmayaraq, parislilər artıq yay transfer pəncərəsinin təməlini qoyurlar. Klubun maraq dairəsinə "Benfika"nın iki 17 yaşlı istedadı, hücumçu Anisiu Kabral və yarımmüdafiəçi Rafael Kintas daxil olub. Gözlənilir ki, hər iki futbolçu gələn yay Fransa çempionunun heyətinə qoşula bilər.

 

PSJ-ni ciddi rəqabət gözləyir. Portuqaliyalı vunderkindləri "Mançester Yunayted" və "Mançester Siti" də yaxından izləyir.