PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Liverpul"un futbolçusu Məhəmməd Salah haqda danışıb. Sport24.az xəbər verir ki, İngiltərə klubu ilə müqaviləsi yayda başa çatan misirli vingerin Paris təmsilçisinə keçəcəyi ilə bağlı iddialar var.

 

PSJ-nin rəhbəri mövzu ilə bağlı danışıb və yayılan xəbərləri təkzib edib:

 

"Doğru deyil. Salah möhtəşəm oyunçudur. Onu transfer etməyi heç vaxt düşünməmişik. Hər klubun Salahı heyətində görmək istəyəcəyini bilirik. Amma bizimlə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir".

 

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.