PSJ-nin prezidenti Nasser Al-Xelaifi klublararası dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "RMC Sport"a açıqlama verib:
"Təbii ki, belə bir turnir təşkil edəndə bəzən nəsə ideal olmur. Amma ümumilikdə əladır. Futbol, brendin, klubun üçün yeni bazardır. İnsanların bu turniri niyə tənqid etdiyini başa düşmürəm. Klublar və oyunçular indiyə qədər heç vaxt dünya çempionatında iştirak etməyiblər. Pozitiv düşünmək lazımdır".
Qeyd edək ki, PSJ klublararası dünya çempionatının yarımfinalında iyulun 9-da "Real" ilə qarşılaşacaq.