PSJ və Braziliya millisinin müdafiəçisi Markinyos Fransa vətəndaşlığı almaq istəyini bildirib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "L'Équipe" qəzetinə açıqlama verib:

 

"Biz bunun üzərində işləyirik. Həyat yoldaşım artıq sənədləri təqdim edib. Mən də bunun üzərində işləyirəm. Bu, Fransa və Parisin mənə verdiyi və gətirdiyi hər şeyi simvolizə etməyin bir yoludur. Nəhayət, Fransa vətəndaşı olmaq mənim üçün böyük bir məmnuniyyət olardı. 18 il Braziliyada, 13 il isə Fransada yaşamışam. Uşaqlarım burada anadan olub və həyat yoldaşım uzun müddətdir mənimlə burada yaşayır. Niyə Parisdə yaşamağa davam etməyim? Bu, barədə çox düşünmək lazımdır".  

 

Qeyd edək ki, Markinyos bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 11 oyun keçirib və 1 qol vurub.