"2025-ci ili Azərbaycan futbolu üçün uğursuz sayıram". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Veteran futbolçu başa çatmaqda olan 2025-ci ildə ölkə futbolunda yaşananlar barədə danışıb:
"Klub səviyyəsində "Qarabağ"ın nəticələri əla olsa da, millinin nəticələri bərbaddır. Avrokuboklarda "Sabah" və "Araz-Naxçıvan" bir mərhələ keçə bildi. Bu da ürəkaçan nəticə deyil. Legioner limitinin ləğvi isə kökündən yanlıq qərar idi".
O, 2026-cı ildə Azərbaycan futbolundan gözləntilərindən də bəhs edib:
"Çempionatımızın səviyyəsi qalxır. İllərdir davam edən "Qarabağ"ın hegemonluğuna "Sabah" bu qış fasiləsində son qoya bildi. Yenə də mənə elə gəlir ki, "Qarabağ" çempion olacaq. Klubda gedən proseslər məni narahat edir. Marko Yankoviç və bir neçə futbolçunun komandanı tərk etmək istəməsi komandaya mənfi təsir edə bilər. "Kəpəz", "Qəbələ" və "Karvan-Yevlax"da çoxsaylı yerli futbolçular çıxış edir. Vaxt lazımdır ki, onların səviyyəsi qalxsın. Klublar lazımsız legionerlər gətirməsinlər".