"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee karyerasını "Roma"da davam etdirə bilər. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, niderlndlı futbolçu qış "transfer pəncərəsi"ndə İtaliya paytaxtına köçməyə razılıq verib.

 

O, "Roma"nın idman direktoru Riki Massara və baş məşqçi Can Pyero Qasperini ilə danışıqlar aparıb. İtalyan məşqçinin Zirkzeeni 3-4-2-1 sxeminə uyğunlaşacağına inandırdığı bildirilir.

 

Qeyd edək ki, niderlandlı futbolçu yetərincə oyun təcrübəsi qazanmadığından İngiltərəni tərk etmək istəyir.