"Nyu­kasl"ın baş məşqçisi Eddi Hau Yoan Vissanın hazırda müntəzəm olaraq start heyətində oynamağa tam hazır olmadığını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"a müsahibəsində deyib.

O bildirib ki, konqolu hücumçuya qarşıdakı həftələrdə daha çox şans vermək niyyətindədir.

Qeyd edək ki, Vissa son olaraq "sağsağanlar"ın "Boxing Day"də "Mançester Yunayted"ə məğlub olduqları (1:0) matçda əvəzetmədən meydana çıxaraq mövsümdə altıncı oyununu keçirib. İndiyədək cəmi bir dəfə start heyətində yer alan hücumçu dekabrın 17-də Liqa Kubokunda "Fulhem"ə 72 dəqiqə oynayıb.