"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dekabrın 28-də Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində "İlin idmançısı" mükafatını aldıqdan sonra gələcək karyerası ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı "Goal" portalına danışıb:
"İdman aləminin tanınmış şəxslərinin iştirak etdiyi belə bir qala gecədə olmaq mənim üçün çox xoşdur. Bu, mənim sevdiyim tədbirlərdən biridir, çünki burada adından söz etdirən insanlarla qarşılaşıram.
Oynamağa davam etmək çətindir, amma yenə də həvəsim və motivasiyam var. İstər Yaxın Şərqdə, istərsə də Avropada oynayım, kuboklar qazanmağı və hər kəsin bildiyi məqsədə çatmaq istəyirəm. Əminəm ki, zədə olmasa bunu bacaracam.
Qeyd edək ki, Ronaldonun karyerasında 1000 qol vurmaq istəyir. Hazırda onun hesabında 956 qol var.