Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerası ilə bağlı qərar qəbul edib. Bu barədə Sport24.az-a 28 yaşlı hücumçuya yaxın mənbədən məlumat ötürülüb. 

Emreli qış transfer dönəmində lazım gələrsə, komandasını dəyişmək üçün II Bundesliqa təmsilçisinə müraciət edib. Baş məşqçi Torsten Liberknext isə buna qarşı çıxıb.

Görünür, tərəflər arasındakı soyuqluq artıq aradan qalxıb.

Qeyd edək ki, azərbaycanlı forvard mövsümün ilk yarısında heyətə düşməkdə çətinlik çəkib. O, hətta bir neçə matçda iştirak ərizəsinə belə salınmayıb. Oyunçu noyabrın 10-da "Herta" ilə görüşdə zədələnib və 3 aylıq sıradan çıxıb.