Fransanın PSJ klubu futbolçusu Neymarla yollarını ayırmaqla bağlı düşünür. Sport24.az xəbər verir ki, yerli mətbuat Paris klubunun braziliyalını heç bir transfer ödənişi olmadan buraxmağa hazırdır.

Nəticədə PSJ büdcəyə ildə 36 milyon avro qənaət etmiş olacaq.

Qeyd edək ki, klubla futbolçu arasındakı müqavilə müddəti 2027-ci ildə başa çatacaq.