İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Mateus Fernandes karyerasını Liqa 1-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, PSJ portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Liqa 1 təmsilçisi artıq futbolçu ilə bağlı ilkin danışıqlara start verib. Paris klubu yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək üçün 21 yaşlı futbolçunu əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
Qeyd edək ki, Mateus Fernandes bu mövsüm "Vest Hem"in heyətində 40 rəsmi matçda 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.