İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları "Renn"nin hücumçusu Muhammed Kader Meyte ilə maraqlanır.

Mənbənin sözlərinə görə, 18 yaşlı futbolçunu Premyer Liqa klublarından başqa Səudiyyə Ərəbistanı təmsilçiləri də yaxından izləyir. Hücumçu isə hazırda Orta Şərqə yollanmaqda maraqlı görünmür və karyerasını Avropada davam etdirməyi üstün tutur.

Qeyd edək ki, Meyte bu mövsüm Liqa 1-də 19 oyun keçirib 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında qədərdir.