"Real"ın futbolçusu Franko Mastantuono karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, Premyer Liqanın iki klubu 18 yaşlı argentinalı oyunçunun xidmətində maraqlıdır.

Bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Tottenhem" və "Brayton" Mastantuononu yayda transfer etməyə çalışacaq. Madrid təmsilçisinin 18 yaşlı futbolçu üçün 50 milyon avroya yaxın təklifi dəyərləndirməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Mastantuno 2025-ci ilin yayında "River Pleyt"dən "Real"a keçib. O bu mövsüm "kral" klubunun heyətində 24 rəsmi matçda 3 qolla yadda qalıb.