“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıblar. Sport24.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko onlara İsveçlə yoldaşlıq, AVRO-2024-ün seçmə mərhələsində Polşa ilə oyunlar üçün açıqladığı siyahıda yer verib.

Moldova oktyabrın 12-də İsveç, 15-də Polşa ilə qarşılaşacaq. İsveç Azərbaycan millisinin AVRO-2024-də rəqibi olaraq həmin gün qrupda oyunu yoxdu. 

Xatırladaq ki, Marandiçi 2020, Avram 2021-ci ildən millisinə dəvət alır.