Futbol üzrə İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı bilinib. Sport24.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqada transfer dövrü iyunun 9-da başlanacaq və 31 avqusta qədər davam edəcək.

İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 14-də başlayacaq.