"Tottenhem"in baş məşqçisi Ange Postekoqlu klubdakı taleyi haqda danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis Avropa Liqasının finalında "Mançester Yunayted"ə qarşı keçirəcəkləri oyundan öncə bunları deyib:
"Burdakı işimin bitdiyini düşünmürəm. Məncə, bir titul işləri qaydasına qoyar. Burda görüləcək çox iş var".
"Tottenhem" Premyer Liqada 37 turdan sonra 38 xalla 17-ci pillədədir.