"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
50 yaşlı portuqaliyalı 2024-cü ilin dekabrında komandanın başına keçib. Onun rəhbərliyi altında "Milan" bütün turnirlərdə 24 oyun keçirib, 11 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib, 8 matçda məğlub olub.
Mənbənin məlumatına görə, baş məşqçinin "Çelsi"dən icarəyə götürülən həmyerlisi Joao Feliks də komandanı tərk edəcək.
Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.