Portuqaliya millisinin qapıçısı Rui Patrisionun yeni klubu bəlli olub.Sport24.az xəbər verir ki, 36 yaşlı qolkiper "Atalanta"ya keçib. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Patrisio ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü "Roma"da keçirib. O, ötən mövsüm 24 oyunda 28 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.