"Vest Hem"in hücumçusu Luis Qilyerme "Sportinq"ə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

19 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt" bu transferi 14 milyon avro dəyərində qiymətləndirir. O, yeni klubunda 31 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Qilyerme ingilis  komandasında 18 oyun keçirib.