PAOK hücumçusu Cannis Konstanteliası "Ştutqart"a satmaqdan imtina edib. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, yunanlar 22 yaşlı futbolçunun transferi üçün 14 milyon avroluq təklifi rədd ediblər.

 

Mənbənin sözlərinə görə, təklifə əlavə müxtəlif bonuslar da daxil edilib.

 

Qeyd edək ki, Konstanteliasın PAOK ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Yunan klubunun öz yetirməsi olan gənc hücumçu  ötən mövsüm bütün turnirlərdə 47 matçda 10 qol vurub və 1 məhsuldar ötürmə edib.