Futbol üzrə Niderland birinci divizionunda 25-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oss”la qarşılaşıb. Futbolçumuzun komandası 0:2 hesabıyla məğlub olub.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.