"Napoli"yə məxsus olsa da, "Qalatasaray"da icarə əsasında oynayan Viktor Osimhen gələcəyi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, İtaliya mətbuatına müsahibə verən nigeriyalı forvard özünü Türkiyədə xoşbəxt hiss etdiyini dilə gətirib:
"Hər kəs üçün ən yaxşı qərar mövsümün sonunda veriləcək. "Qalatasaray" hər zaman ürəyimdə qalacaq. Əlbəttə, haqqımda həmişə söz-söhbətlər olur. Amma mən indiki zamanı yaşamağa üstünlük verirəm. İndi özümdən, klubdan və buradakı həyatımdan zövq alıram. Azarkeşlər də ilk gündən inanılmaz dərəcədə dəstək oldular".
26 yaşlı hücumçu 2024-cü il sentyabrın 4-də "Qalatasaray"a 1 mövsümlük icarəyə verilmişdi. Onun transfer dəyəri 70 milyon avrodur. Osimhenin "Napoli" ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, Viktor "Volfsburq", "Şarlerua", "Lill" komandalarında da çıxış edib.