"Liverpul"un futbolçusu Aleksis Mak Allister karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" argentinalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə "Marca" nəşri məlumat yayıb. Madrid klubunun yay transfer dönəmində Aleksis üçün hərəkətə keçəcəyi bildirilib.
Yarımmüdafiəçi bu mövsüm 45 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.