"Bu ilin təqvimində Rusiya yığması ilə yoldaşlıq görüşünə yer yoxdur". Sport24.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Rusiya mətbuatına açıqlamasında deyib.

 

O, Rusiya Futbol Federasiyasının rəhbəri Aleksandr Dyukovun Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirmək arzusunu şərh edib: "Hazırda Azərbaycan millisi payızda start götürəcək dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Bildiyiniz kimi oyunlar sentyabr-noyabr aylarında keçiriləcək. 2026-cı ilin təqvimi isə hazırlıq mərhələsindədir. İlin sonunda bu barədə məlumat olacaq".

 

Qeyd edək ki, sanksiyalarla məruz qalan Rusiya Futbol Federasiyası UEFA-nın bayrağı altında təşkil olunan bütün yarışlardan uzaqlaşdırılıb.