"Tottenhem"in rəhbərliyi baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "teamtalk.com" məlumat yayıb.

 

Hazırda komandanın "sükanı arxasında" olan Angelos Postekoqlu çempionatdakı qeyri-qənaətbəxş nəticələrə görə qovula bilər. Londonlular 32 turdan sonra turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb ki, bu da 1994-cü ildən bəri ən pis göstəricisidir.

 

London klubu Andoni İraolanın xidmətində maraqlıdır, ancaq "Bornmut" rəhbərliyi baş məşqçisini buraxmaq istəmir.

 

Baş məşqçi postuna digər namizədlər isə "Fulhem"dən Marko Silva və "Brentford"dan Tomas Frankdır.