"Qalatasaray"ın hücumçusu və "Napoli"nin sabiq futbolçusu Viktor Osimhen bu gün UEFA Çempionlar Liqasında "Yuventus"la keçiriləcək qarşılaşma öncəsi açıqlama verib. Sport24.az xəbər verir ki, bu barədə nigeriyalı forvard "La Gazzetta dello Sport" nəşrinə müsahibəsində bildirib.
Futbolçu "Napoli"də yaşadıqlarını belə xatırlayıb:
"Azarkeşlər üçün üzülürəm, çünki penalti qaçıran hər bir oyunçu lağ obyektinə çevrilə bilər. Amma bu münasibəti yalnız mənə göstərdilər. İrqçi təhqirlərə məruz qaldım və bundan sonra qərarımı verdim, klubdan ayrılmaq istədim. Hətta "Napoli" forması ilə çəkilmiş bütün fotolarımı sildim. Qızım orada doğulub və mənim üçün nigeriyalıdan çox napolilidir, amma yaşananlar unudulmaz oldu".
Qeyd edək ki, Osimhen penalti qaçırdıqdan sonra irqçi təhqirlərə məruz qaldığını və bu səbəbdən "Napoli"dən ayrıldığını, hətta formanı geyindiyi bütün fotolarını sildiyini açıqlayıb.