"Milan"ın hücumçusu Olivye Jiru ABŞ-a yollanacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, "Los-Anceles"nin fransalı futbolçu ilə iyulda müqavilə imzalanması ilə bağlı şifahi razılıq əldə etdiyini bildirib.

 

Bu həftənin əvvəlində ABŞ klubu 37 yaşlı forvard üçün "Milan"a rəsmi təklif göndərib və artıq tərəflər arasında ilkin razılaşma olub.

 

Qeyd edək ki, Jiru bu mövsüm "Milan"da 36 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.