"Lill"in hücumçusu Olivye Jiru UEFA Avropa Liqası matçında əvəzetmədən meydana çıxıb qol vuran ən yaşlı oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə Opta analitik portalı məlumat yayıb.
38 yaşlı forvard "Lill"in Avropa Liqasının ev oyununda "Brann" üzərində 2:1 hesabı ilə qalib gəldiyi oyunun 67-ci dəqiqəsində meydana çıxıb və 80-ci dəqiqədə fərqlənib. Onun qolu Fransa komandasına qələbə gətirib.
Qeyd edək ki, forvard həm də Avropa Liqası tarixində qol vuran ən yaşlı üçüncü oyunçu olub. Jiru "Lill" heyətində 2025/26 mövsümündə bütün tunirlərdə 5 matçda 3 dəfə fərqlənib.