"Sumqayıt" klubunun futbolçusu Roi Kehatın Sport24.az-a müsahibəsi

 

- Misli Premyer Liqasının V turunda evdə "Neftçi"yə uduzdunuz. Səncə, məğlubiyyətə səbəb nə oldu?

- Hər iki komanda bu matça qələbə qazanmaq üçün çıxmışdı. Hər iki tərəfin qol vurmaq üçün şansı oldu və oyun bərabər səviyyədə keçdi. Belə qarşılaşmalarda adətən ilk qol vuran tərəf qalib gəlir və elə də oldu.

 

- "Sumqayıt" beş turdan sonra ikinci pillədə qərarlaşıb. Mövsümün əvvəlində belə start gözləyirdin?

- Hazırda mövqeyimiz barədə çox düşünmürük. Hələ cəmi 5 oyun keçib. Oyundan-oyuna baxırıq və hət matçda üç xal qazanmağa çalışırıq. Mövsümün daha irəliləyən mərhələlərində hədəflərimizi daha aydın müəyyən edəcəyik.

 

- VI turda daha bir iddialı kollektiv - "Sabah"la üz-üzə gələcəksiniz. Bu matçdan gözləntilərin nədir?

- Həmişə dediyim kimi, bizdən qat-qat böyük büdcəyə malik klublar oyuna favorit kimi çıxırlar, amma futbolda hər komanda qalib gələ bilər. Bunu daha əvvəl də göstərmişik. Biz hər oyuna qələbə hədəfi ilə çıxırıq.

 

- Səncə, "Sumqayıt"ın cari mövsüm üçün əsas hədəfi nə olmalıdır?

- Eyni cavabı verəcəyəm. Mövsümün sonundakı yekun mövqeyimiz haqqında danışmaq üçün çox tezdir. Çox oyunlar var və mövsüm ərzində hər şey baş verə bilər.

 

- 2023-cü ildən bu klubdasan. Bu müddət ərzində çempionatın səviyyəsi qalxıbmı?

- Bəli, düşünürəm ki, komandalar inkişaf edir, rəqabət getdikcə çətinləşir və demək olar ki, hər kollektiv istənilən rəqibə müqavimət göstərə və üç xal əldə edə bilər.