"Cəbrayıl"a 3:0 hesabla qalib gəlsək də, oyun çox gərgin keçdi. Çempionat belə davam edəcək". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın futbolçusu İsmayıl Zülfüqarlı deyib.

 

24 yaşlı yarımmüdafiəçi komandasının Birinci Liqanın 3-cü turunda "Cəbrayıl"a qalib gəldikləri (3:0) oyunla bağlı fikirlərini bölüşüb:

 

"Bütün komandalar bizimlə matça həvəsli çıxır. Şükürlər olsun ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik və istədiyimiz qələbəni qazandıq. İlk 3 turda qalib gəlməyimizi gözləyirdik. Bu, bizim üçün sürpriz olmadı. Komandadakı futbolçular və məşqçi heyəti bir-birinə inanır. Çempion olmaq və Premyer Liqaya yüksəlmək istəyirik. Birinci Liqanın səviyyəsi son illərdə çox qalxıb. Komandalar iddialıdı, heyətlərində təcrübəli futbolçular var. Premyer Liqa təcrübəsi olan futbolçu kimi deyərdim ki, Birinci Liqanın səviyyəsi Premyer Liqaya yaxındır".

 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Zülfüqarlı ötən mövsüm icarə əsasında "Turan Tovuz"da çıxış edib.