"Saraqosa", "Vilyarreal", Madrid "Atletiko"su və "Deportivo"nun sabiq yarımmüdafiəçisi Kani insult keçirib. Veteran futbolçu iki həftə reanimasiyada qalıb. Sport24.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, həkimlər 44 yaşlı ispaniyalının vəziyyəti ilə bağlı müsbət proqnoz verirlər, ciddi fəsadların olmayacağını bildirirlər.

 

Qeyd edək ki, Kani 2017-ci ildə karyerasını başa vurub. O, 2004-cü ildə "Saraqosa" ilə İspaniya kubokunu və Superkubokunu qazanıb. Veteran futbolçu La Liqada ümumilikdə 467 matçda meydana çıxıb və 43 qolla yadda qalıb.