"Arsenal" "Real Sosyedad"ın yarımmüdafiəçisi Takefusa Kubo və "Sevilya"nın yarımmüdafiəçisi Lusyen Agumeyi transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, sövdələşmələrin ümumi dəyəri 75 milyon avroya çata bilər.

 

24 yaşlı yaponiyalı Kubo 2025/26 mövsümündə altı oyunda bir qol vurub. Onun "Real Sosyedad" ilə müqaviləsi 2029-cu ilin iyununda başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

 

23 yaşlı fransız Aqume isə 5 matçda 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.