"Mançester Siti" Savinyo ilə yeni müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, "şəhərlilər" braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

 

Tərəflər arasında ilkin razılığın olduğu bildirilir. Müqavilənin uzunmüddətli olacağı iddia edilir.

 

Savinyonun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Mançester Siti" daha əvvəl "Tottenhem"in onunla bağlı iki təklifini rədd etmişdi. Savinyo bu mövsüm 7 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.