"Mançester Yunayted" klubu yaxın vaxtlarda "Old Trafford"un əvəzinə yeni stadionun tikintisinə başlamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə  "The Athletic" nəşri yazır.

 

Bildirilir ki, "mankunianlılar"ın rəhbərliyi yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə geniş açıqlama ilə çıxış edəcək. Yeni arenanın 100 min azarkeş tutumuna malik olacağı da müəyyənləşib.

 

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada o qədər də uğurlu çıxış etmir. Komanda turnir cədvəlində 14-cü yerdədir.