Argentinalı hücumçu Mauro İkardi "Qalatasaray"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk forvardı yeni mövsümdə komandada düşünmür.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mütəxəssis İkardinin oyun tempini aşağı saldığı qənaətindədir.
Forvard bu mövsüm Super Liqada 31 oyunda 14 qol vurub. Onun müqaviləsi yayda başa çatır.