"Nyukasl"ın müdafiəçisi Valentino Livramento diz bağlarından zədə aldığı üçün 6-8 həftə yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 22 yaşlı ingilisin bağında yırtılma olmasa da, zədəsi ciddi sayılır. O, Premyer Liqanın 6-cı turunun "Arsenal"la oyununda (1:2) zədə alıb və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki. müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə səkkiz matçda 1 məhuldar ötürmə ilə yadda qalıb.