Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Sergey Rebrov 25 futbolçu dəvət edib.

 

Qeyd edək ki, Ukrayna millisi D qrupunda, oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

 

Qapıçılar:

Georgi Buşan ("Polissya"), Anatoli Trubin ("Benfika", Portuqaliya), Dmitro Rıjnik ("Şaxtyor");

 

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok ("Ostin", ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı "Şaxtyor"), Aleksandr Timçik ("Dinamo", Kiyev), Vitali Mikolenko ("Everton", İngiltərə), Boqdan Mixayliçenko ("Polissya");

 

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk ("Brentford", İngiltərə), İvan Kalyujnı ("Metallist 1925"), Mikola Şaparenko, Vladimir Brajko, Nazar Voloşin (hamısı "Dinamo", Kiyev), Georgi Sudakov ("Benfika", Portuqaliya), Artyom Bondarenko ("Şaxtyor"), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi "Polissye"), Viktor Tsiqankov ("Jirona", İspaniya), Aleksandr Zubkov ("Trabzonspor", Türkiyə), Ruslan Malinovski ("Cenoa", İtaliya);

 

Hücumçular: Artyom Dovbik ("Roma", İtaliya), Vladislav Vanat ("Jirona", İspaniya);

 

Ehtiyat heyət: Ruslan Neşeret, Aleksandr Pixalyonok (hər ikisi "Dinamo", Kiyev), Oleq Oçeretko, Dmitri Kriskiv (hər ikisi "Şaxtyor"), Yevgeni Çeberko ("Kolambus Kryu", ABŞ), Maksim Taloverov ("Stok Siti", İngiltərə).