"Real"in və İtaliya yığmasının sabiq müdafiəçisi, 2006-cı ilin "Qızıl top" sahibi Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsinə təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Kannavaronun təyinatı oktyabrın 6-da açıqlanacaq.

 

Kannavaronun son iş yeri Zaqreb "Dinamo"su olub. O, əvvəllər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu, bir neçə Çin klubunu, eləcə də Çin millisini, "Benevento" və "Udineze"ni çalışdırıb.

 

Qeyd edək ki, Özbəkistan millisini 2025-ci ilin fevralından Timur Kapadze çalışdırır. Onun rəhbərliyi altında Özbəkistan yığması tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib.