"Mançester Siti"nin sabiq futbolçusu David Silva hazırda Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisinin baş məşqçisi Xosep Qvardiolanı görmək istədiyini bildirib. O, bununla bağlı "Goal"a açıqlama verib:
"Mən Qvardiolanı İspaniya millisinin baş məşqçisi kimi görmək istərdim. Luis de la Fuente hazırda fenomenal iş görür, lakin gələcəkdə Pep olsaydı, əla olardı.
O, topa yaxşı nəzarət edən və ardıcıl qələbəyə əsaslanan futbol üslubu gətirə bilərdi. Bu, bir az indiki İspaniya millisinin fəlsəfəsinə bənzəyir".
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.