"Liverpul" "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanı transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı fransızın transferi 2026-cı ilin yayında baş tuta bilər.
Qeyd edək ki, Lakrua 2025/26 mövsümündə bütün tunurlərdə 11 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 25 milyon avro qiymətləndirir.