"Çox zəif oynadığımız üçün məyusam". Sport24.az xəbər verir ki, bu sözləri Danimarkanın "Kopenhagen" klubunu futbolçusu Məhəmməd Elyunussi deyib.

Hücumçu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının oyunu ilə bağlı klubun rəsmi saytına danışıb:

"İlk hissə məğlub olduq. Rəqib bütün mübarizələrdən qalib ayrıldı. Bizdən daha kəskin hücumlar qururdular. Daha sürətli hərəkət edirdilər".

Forvardın "Qarabağ"ın bu cür çıxışına görə təəccüblənmədiyini söyləyib:

"Onların qolundan dərhal sonra gözəl şans yaxaladım. Həmin vaxt fərqlənməli idim. Məsuliyyəti üzərimə götürürəm. İkinci hissədə itirəcək bir şeyimiz yox idi. Daha sərbəst oynamaq istəyirdik, kifayət qədər şanslar da yararmışdıq. Qol vursaydıq, oyunun gedişatını dəyişə bilərdik. Amma məğlubiyyətə layiq idik".

Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə 0:2 hesabı ilə uduzub.