2025-ci ildə Afrika Millətlər Kubokunun keçiriləcəyi məkan məlum olub. Sport24.az "RMC Sport"-a istinadən xəbər verir ki, qitənin əsas turniri Mərakeşdə keçiriləcək.

 

Afrika Futbol Konfederasiyası (CAF) yayda növbəti Afrika Millətlər Kubokunun keçirilməsinə prinsipial razılıq verib. Təklif olunan turnir tarixləri 20 iyul -17 avqust arasındadır. 

 

2024-cü il Afrika Millətlər Kuboku Fil Dişi Sahilində yanvarın 13-dən fevralın 11-dək keçirilib. Meydan sahibləri turnirin çempionu olub. Nigeriya millisi ikinci, CAR isə üçüncü yeri tutub.