"Beşiktaş"ın baş məşqçisi Covanni van Bronxorst istefa vermək fikrindən vaz keçib. Sport24.az xəbər verir ki, niderlandlı mütəxəssis öz istəyi ilə postunu tərk etməyəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

Mütəxəssis "Beşiktaş"dan ayrılmağın əleyhinə deyil. Lakin 49 yaşlı məşqçi özü istefa vermək istəmir. O, müqaviləsinin sonuna qədər olan müddətin maaşını təzminat kimi alacağı təqdirdə İstanbul təmsilçisindən ayrılacaq.

 

Qeyd edək ki, Covanni van Bronxorst mövsümün əvvəlində "Beşiktaş"ın baş məşqçisi təyin olunub. "Qara qartallar" Super Liqada 13 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.