Neymar "Əl-Hilal"ın məşqini buraxıb. Sport24.az xəbər verir ki, buna hücumçunun sağlamlığındakı problemlər səbəb olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Neymar qarın nahiyəsindəki ağrılara görə hazırlığa qatılmayıb.
Qeyd edək ki, Neymar bu mövsüm zədələr səbəbindən cəmi 2 oyunda meydana çıxıb.