Futbol üzrə Türkiyə 1-ci Liqasında 18-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" doğma meydanda "Manisa"nı qəbul edib.

 

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 29 yaşlı futbolçu matça start heyətində başlayıb. O, 90 dəqiqə meydanda qalıb.

 

18 turdan sonra aktivində 33 xal olan "Bandırmaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.