AFFA məşqçilər üçün UEFA-nın Pro Lisenziya kursu təşkil edəcək. Sport24.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

 

Kurslar fevralın 24-də başlayacaq. UEFA-nın Pro Lisenziya kursu modullar şəklində keçiriləcək və fasilələrlə bir il ərzində davam edəcək.

 

Təlimlərə A lisenziyası qüvvədə olan və yaşı 30-dan yuxarı mütəxəssislər qoşula bilər. Kurslara qatılmaq üçün Premyer Liqa, I Liqa klublarında, Premyer Liqa klublarının əvəzedici və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsinə malik olmalıdır.